Peşə məktəblərində təhsil almaq istəyən 10 min 110 nəfər artıq qeydiyyatdan keçib

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, prosesə avqustun 1-dən başlanılıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz şəkildə həyata keçirilir.

Avqustun 22-si saat 14:45-ə olan məlumata görə, 10 min 110 nəfər artıq qeydiyyatdan keçib.