Fransada çap olunan və turizm sahəsində ən çox oxunan jurnallardan biri olan “Quotidien du Tourism”in növbəti sayında Azərbaycan haqqında məqalə dərc olunub.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, jurnalda ilk ölkə kimi 6-cı səhifədə ölkəmizdə yerləşən mehmanxanalar, aviaşirkətlər, istirahət məkanları, tarixi mədəni yerlər haqqında geniş məlumatlar dərc olunub.

Cari ilin sentyabr ayında adıçəkilən jurnal Parisdə Fransanın ən əhəmiyyətli professional turizm sərgisi olan “Top Reza”nın növbəti sayında təqdim ediləcək.