Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədov hollandiyalı idmançı Errol Zimmermanla döyüşdən qalib ayrılıb.

Astarainfo.az Oxu.Az-ıa istinadən məlumat verir ki,  görüş Qroznıda Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində keçirilib.

Xatırladaq ki, Zabit Səmədov 2008-ci ildə Avropa Qran-Prisinin finalında Zimmermana məğlub olmuşdu.