Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçirilən konfransa 46 ölkədən 200-ə yaxın nümayəndə qatılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Deputat konfransda nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında məlumat verəcək, bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

Konfransda Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ölkəsində “Azzənginləşdirilmiş Uran” Beynəlxalq Bankının rəsmi açılışını elan etdi.

 

AZƏRTAC