Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib – FOTO

Lənkəranda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Astarainfo.az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralı yaxınlığında, şəhərin Fizuli küçəsinin döngəsində qeydə alınıb.

Belə ki, Tağıyev Ağamir Rəfi oğlu idarə etdiyi “VAZ-2106” markalı, 10 KM 483 dövlət seriya nişanlı avtomobillə şəxsiyyəti hələ müəyyənləşdirilməmiş orta yaşlı piyadanı vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.