Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb:
“Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”.