Nyu-Yorkda 34-cü “MTV Video Music Awards”un mükafatlandırma mərasimi keçirilib.
Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, “İlin musiqiçisi” nominasiyasının qalibi britaniyalı müğənni Ed Şiran olub.
Kendrik Lamarın “Humble” klipi gecənin əsas mükafatı olan “İlin videosu” nominasiyasında qalib elan edilib. Klip, həmçinin “Ən yaxşı hip-pop videosu” və “Ən yaxşı rejissor işi” mükafatlarına layiq görülüb. Reper Yanq Tanqın “Wyclef Jean” kompozisiyası isə “Ən yaxşı montaj” kateqoriyasında qalib gəlib.