Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşa

qların “Tullantıdan əl işi” adlı sərgi-müsabiqəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Samir Seyidov, Təhsil Nazirliyinin əməkdaşı Rasim Rüstəmov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, təhsili, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, habelə cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reablitasiyası üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların sosial reablitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra sərgiyə baxış olub. Sərgidə 20 müəllifin 140 adda əl işi nümayiş etdirilib.

Münsiflər heyətinin rəyinə əsasən qaliblər müəyyənləşib. Sərgi-müsabiqədə daha çox fərqlənən iştirakçılara diplom və qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunub.