Astarainfo.az Xezerxeber.az-a istinadən bildirir ki, övladı ali məktəbə hazırlaşan valideynlər bu xəbəri mütləq izləsin. Qəbul və buraxılış imtahanında ediləcək dəyişiklilərlə bağlı xəbərimiz var. Dövlət Imtahan Mərkəzi milli kruiklum metodu ilə təhsil alan şagirdlərin iki il sonra fərqli üsulla imtahan verəcəyi barədə məlumat yaymışdı.”Kaspi” təhsil mərkəzi həmin abituriyentləri nəzərə alaraq yeni imtahan üsulu ilə bağlı tədris metodu hazırlayıb.

Dövlət imtahan mərkəzinin yeni imtahan üsulu ilə bağlı açıqlamasından sonra əksər abituriyenti və valideyni düşündürən bir məsələ var .Yeni imtahan modeli necə olacaq?

“Kaspi ” təhsil şirkəti artıq yeni imtahan modelinə hazırlıq işlərini tamamlayıb.Milli kuriklim üsulu təhsil alanların verəcəyi buraxılış və qəbul imtahanlarında ballar fərqli hesablanacaq.

Rəsul Ağayev deyir ki,bu ilki 9 cu siniflər buraxılış imtahanını kuriklum üsuluna uyğun verdiyindən artıq yeni modelin təfərrüatları bəlli oldu.Çünki dövlət İmtahan mərkəzi də,yeni imtahan üsulunun tətbiq edilməsi zərurətinin milli kuriklum metodu ilə təhsil alan şagirdlərin məzun olması ilə əlaqələndirmişdi.Bu imtahan üsulunda ballar yekun cavaba görə yox,tapşırığın həllinin gedişatına uyğun hesablanacaq.

Bütün bunları qabaqcadan nəzərə alan “Kaspi” təhsil şirkəti iki ildir ki, yeni imtahan metoduna uyğun dərs proqramı və imtahan sualları hazırlayıb.

Dövlət imtahan Mərkəzi yeni imtahan üsulunun necə olacağı barədə ictimaiyyətə açıqlamananın sentyabr ayında veriləcyini bildirib.