Misirdə avtobus qəzası – 14 ölü

Misirin paytaxtı Qahirə yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, avtobus qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobil körpüdən suya düşüb. Hadisə nəticəsində daha 42 nəfər xəsarət alıb.

Qeyd edək ki, Misirdə hər il avtomobil qəzaları nəticəsində 12 minədək adam həlak olur.