Gündə iki qaşıq hind qozu ilə ölümcül xəstəliyi müalicə etdi – FOTO

Amerikalı həkim Meri Nyuport tibb dünyası üçün önəmli bir müalicə üsulu kəşf edib.
Publika.az xəbər verir ki, o, hind qozu ilə Alizaymer xəstəsini müalicə edib.
Amerikalı həkimin həyatında Alizaymer xəstəliyi önəmli rola sahib olub. Bunun səbəbi isə onun həyat yoldaşının bu xəstəliyə tutulması olub. Doktor Nyuport həyat yoldaşının durumunu yaxından müşahidə etməyə başladıqca xəstəliyə qarşı müharibə elan etmək qərarı alıb.
Alizaymer xəstəsi olan Stiv öncə xəstəliyin qarşısını müxtəlif dərmanlar vasitəsilə almaq istəyib. Ancaq Meri dərmanların əks təsirlərinin çox pis olduğunu gördükdə dərmanla müalicəyə davam etmək istəməyib. Aldığı dərmanların təsiri ilə depressiyaya düşən və sürətlə arıqlayan Stivin vəziyyəti həyat yoldaşını hərəkətə keçməyə məcbur edib. O, bu xəstəliyin müalicəsini internetdə araşdırıb və bir məqaləyə rast gəlib. Meri “orta zəncirli triqliserit” mövzusunda olan bu məqaləni diqqətlə oxuyub və orada yazılanları həyat yoldaşının üzərində sınamağa qərar verib.
Məqalədə bildirilir ki, orta zəncirli triqliserit maddəsinin təsirilə qaraciyər bu yağları keton adlanan cisimlərə çevirir. Keton cisimləri də beyinin daha çox enerji depolamasını təmin edir. Yəni Alizaymerin müalicəsində əldə olunması lazım olan əsas nəticə ilə eyni funksiyanı yerinə yetirir.
Doktor Nyuport triqliserit maddəsinin hind qozu bitkisinin tərkibində olduğunu öyrənib. Meri itirəcəyi heç bir şey olmayacağını düşünərək həyat yoldaşına iki ay boyunca hər səhər və axşam hind qozu yedirdib və bu iki ay müddətində həyat yoldaşının vəziyyətini yaxından müşahidə edib.
İki ay bitdikdən sonra Meri Stivin vəziyyətinin getdikcə yaxşılaşdığını, unutqanlığının azaldığını və daha ünsiyyətcil olduğunu görüb. O, prosedura davam edib və 1 il hind qozu yağından istifadə edərək həyat yoldaşını müalicə edib.
Meri Stivin üzərində apardığı müalicə işini və nəticələrini bir məqalə yazaraq yayımlayıb. Bu müalicə üsulu bəzi elm adamları tərəfindən tənqid edilsə də, Alizaymer xəstəsi olan bir çox insan bu üsulu sınaqdan keçirməyə başlayıb. xəstələrin çoxu hind qozu yağının işə yaradığını bildirib. Bu bildirişlərdən sonra bir mütəxəssis müalicə üsulunu əsas götürərək araşdırmalara başlayıb.
Merinin bu üsulu Stivin həyatını bir neçə il uzadıb. 1 yanvar 2016-cı ildə dünyasını dəyişən Stiv apardığı mübarizə ilə onlarla Alizaymer xəstəsinin nümunəsinə çevrilib.
Mütəxəssislər bildirib ki, həkimin bu ixtirası işə yarayarsa, Alizaymer xəstəliyi tarixə qovuşacaq.