Beyləqanda iki minik avtomobili toqquşub, xəsarət alan var

Beyləqanda yol qəzası qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunda “VAZ” və “QAZ” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunaraq deformasiyaya uğramış “QAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:35-də başa çatıb.