Britaniyalı nazir: “Azəri-Çıraq-Günəşli” üzrə yeni sazişin imzalanması Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yaxınlığını əks etdirir

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yaxınlığını əks etdirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan deyib.

O qeyd edib ki, bu sazişin imzalanması həm Azərbaycan, həm də Böyük Britaniya üçün yaxşı xəbərdir:

“Bu, nəhəng müqavilədir və Azərbaycan iqtisadiyyatına fantastik töhfə verəcək. Əvvəl “Əsrin müqaviləsi” var idisə, indi “Yeni əsrin müqaviləsi” var. Mən fəxr edirəm ki, BP və SOCAR bu sazişi imzalayıblar”.