Aktyor Rəfael İsgəndərovun oğlu Vatsapda yayılan və əhali arasında narahatlıq yaradan “Kola içkisinə SPİD virusunun düşməsi”ni bildirən səs yazısı ilə bağlı açıqlama verib.
Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, bu barədə R.İsgəndərovun oğlu Fuad İsgəndərov instaqram hesab hesabında video açıqlama yayıb.
Qeyd edib ki, sözügedən səs yazısını o, İnstaqram səhifəsində zarafat məqsədilə dostları arasında paylaşıb: “Bu səsyazmanı hamı kimi mənə də göndəriblər. O videonu gülmək üçün paylaşmışam. Sonra gördüm ki, bu videonu bir neçə səhifə paylaşıb, hamı da yumoru yalnış anlayıb”.
Qeyd edək ki, mediada aktyorun oğlunun bu videoya görə həbs edilə biləcəyi barədə məlumatlar yer almışdı.