Kanadada keçirilən “Toronto” beynəlxalq kinofestivalının qalibləri bəlli olub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, festivalın qalibi “Missuri, Ebbinq sərhədində üç bilbord” komediyası olub. Filmin rejissoru Martin Makdonıdır.

Sənədli film nominasiyasında “Kəndin siması” filmi mükafatlandırılıb.

“Gecə çılğınlığı” seksiyasında Yozef Xanın “Canlanmış”, ən yaxşı qısa film nominasiyasında “Yük” filmi (Niki Lindroth von Bahr) seçilib.

Xatırladaq ki, “Toronto” kinofestivalında filmləri tamaşaçılar seçir.