Çörəyi `acı`dan çıxan kənd – FOTO

 Çörəyi `acı`dan çıxan kənd – FOTO

 Türkiyənin Kilis vilayətinin Hasanceli kəndinin maraqlı məşğuliyyəti var. 

FaktXəbər-in məlumatına görə, şəhərin ən mühüm gəlir mənbəyi qırmızı acı bibərdir.  

Qadınların çoxluq təşkil etdiyi istehsalda bütün ailələr birlikdə işləyirlər. Quruması üçün açıq sahələrə sərildikdən sonra kənddəki fabriklərdə diqqətlə seçilən qırmızı bibərlərdən tomat və pul bibər istehsal edilir

Sözügedən kənddə 8 bibər fabriki var. 2 min əhalisi olan Hasanceli kəndindəki bu fabriklərdən Səudiyyə Ərəbistanı, İraq və Almaniyaya, o cümlədən Türkiyənin böyük şəhərlərinə pul bibər və tomat ixrac edilir.

Hər il 15 min 700 hektar sahədən 17 min ton qırmızı bibər əldə edilir. Kilis pul bibər istehsalında da Türkiyədə üçüncü sırada yer alır.

Kənddə bundan başqa zeytun və üzüm kimi məhsullar da istehsal olunur.