Lənkəranda qatar adam vurdu-TƏCİLİ

Lənkəranda qatar piyadanı vurub.

Astarainfo.az Lenkaranxeber.info-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Astara-Bakı reysi ilə hərəkət edən qatar Azriba qəsəbəsində yolu keçmək istəyən piyadanı vurub.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, piyadanın qolu bədənindən qopub. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb.

Faktla bağlı araşdırma aparılır.