Astanadan Bakıya gələn sərnişinin çantasında “beşbarmaq” aşkar olunub

Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Astana-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.