Bank rəhbərliyində DƏYİŞİKLİKLƏR

Türkiyənin “Ziraat” bankının Azərbaycandakı törəmə şirkəti olan “Ziraat Bank Azerbaijan”ın Müşahidə Şurasının tərkibi tamamilə dəyişdirilib.

Trend-in banka istinadən verdiyi məlumata görə, Müşahidə Şurasına Peyami Ömər Özdilək rəhbərlik edir. Bakır Nurulla onun müavini təyin olunub. Bundan başqa, Müşahidə Şurasına Fərhat Pişmaf daxil olub.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasına Ömər Baktır (sədr), Bilgehan Kuru (müavin), Ayça Şule Gürleyik, Əli Taşdemir və Taha Çakmak (üzvlər) daxil idi.