Merkel seçkidə qalib gəlib

Almaniyada bu gün keçirilən parlament seçkisinin ilkin nəticələri məlum olub.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20 faiz), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5 faiz).

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.