Putin Ruhani ilə Rusiya-İran-Azərbaycan əməkdaşlıq formatını müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, söhbət zamanı İranın nüvə proqramı ilə bağlı məsələ müzakirə olunub, Birgə Hərtərəfli Fəaliyyət Planının tam reallaşmasının vacibliyi vurğulanıb.

Putinlə Ruhani Rusiya-İran-Azərbaycan formatında əməkdaşlıq və digər məsələlərə də toxunublar. Onlar təmasların gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər.