Tovuzda “Mercedes”in vurduğu piyada Bakıya göndərildi

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Gecə saatlarında yolu keçən piyada, kənd sakini 1977-ci il təvəllüdlü Fərəcov Tofiq Ramiz oğlu “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəsarətləri ağır olduğundan Bakıya göndərilib. Ona ağır kəllə-beyin travması qoyulub.