Bakı-Qazax yolunda iki maşın toqquşub, 2 nəfər yaralanıb

Hacıqabulda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Astarainfo.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Qobustan sakini, 28 yaşlı Teymur Telman oğlu Məmmədov və Biləcəri sakini, 29 yaşlı Anar Soltan oğlu Qarayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.