Ukraynada Afaq Məsudun kitabı nəşr olunub

Ukraynada tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun nəsr kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən “Report”a verilən məlumata görə, kitaba yazıçının “Azadlıq” romanı və hekayələri daxil edilib. Əsərləri ukrayna dilinə Ukrayna yazıçısı, tərcüməçi Nataliya Kuliş tərcümə edib.

Kitabın oktyabr ayında Kiyevdə geniş təqdimatı keçiriləcək.