Voleybolçularımız yarımfinal oyununa çıxır – Avro-2017

Voleybolçu qadınlar arasında Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən milli komandamız Hollandiya ilə qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.

Digər oyunda Türkiyə və Serbiya milliləri qarşılaşacaq.

30 sentyabr

Avropa çempionatı, yarımfinal mərhələsi

18:00. Hollandiya – Azərbaycan
Milli Gimnastika Arenası

20:30. Serbiya – Türkiyə
Milli Gimnastika Arenası