Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, festivalı proqramına 21 film daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsi – Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.
Filmlərin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da paytaxtımıza gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar – bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.
Filmlərin nümayişindən sonra interaktiv müzakirələr aparılacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...