“Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın saytında yer alan məlumatda vurğulanır.
Məlumata əsasən, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb: “Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir”.
Hadisənin baş vermə səbəbləri araşdırılır.