Bakıda biznes mərkəzində yanğın başlayıb

Bakının Nərimanov rayonunda yerləşən biznes mərkəzində yanğın başlayıb.
APA-nın xəbərinə görə, yanğın Yusif Vəzir Çəmənzəminli 119 C ünvanında “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub.