Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunun Dağlı kəndində inşa etdirilmiş müasir tələblərə uyğun fərdi yaşayış evi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə təqdim edilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə dövlətçiliyimiz uğrunda böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Natiq Məmmədovun həyat və döyüş yolunun əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.
Qeyd edək ki, ƏƏSMN tərəfindən indiyədək 5 min 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib ki, onlardan 5,1 min nəfəri Qarabağ müharibəsi əlili və şəhid ailəsi, qalanları İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...