FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.
Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunyb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...