Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəlib.
APA–nın məlumatına görə, bu gün S. Lavrovun Azərbaycan prezidenti görüşü gözlənilir.
Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri müzakirə olunacaq. Sabah S. Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra mətbuat üçün birgə bəyanat olacaq.
Rusiya xarici işlər naziri sabah ADA Universitetində tələbələrlə də görüşəcək, mühazirə oxuyacaq.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...