İrandan Qazaxıstana aparılan narkotik maddə Astarada tutuldu

Azərbaycan gömrükçüləri İrandan Qazaxıstan gedən yük avtomobilində narkotik vasitə aşkarlayıb.

Astarainfo.az Lent.az-a istinadən məlumat verir ki, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altında keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə – həşiş qətranı aşkar olunub.