Tərkibi vitamin və minerallarla zəngin olan itburnu min dərdin dərmanıdır.

Metbuat.az xəbər verir ki, tərkibindəki likopen, A, B, E, K vitaminləri, maqnezium, dəmir və digər dəyərli minerallar immunitet sistemini gücləndirir. Araşdırmalara görə, itburnunda limondan 60 dəfə çox C vitamini var.
Bədənə oksigen daşıyan qan hüceyrələrinin artmasını təmin edərək dəmir ehtiyacını qarşılayır, qan azlığına faydalıdır.
Elmi araşdırmalara görə, itburnu quru halda çay olaraq içilərsə, uşaqlarda meydana gələn xronikiləşmiş öksürəyi sağaldar.
Tərkibindəki vitamin, minerallar və antioksidantlar sayəsində xərçənglə mübarizədə əvəzedilməz rola malikdir.
İtburnu bitkisi çayı eyni zamanda, sidikqovucu təsir göstərir. Bədəndə yığılan şişkinliyi azaldır.
Çayı hazırlamaq üçün:
1 şorba qaşığı qurudulmuş itburnu
Yarım lt su
Suyu qaynadıb itburnu əlavə edin. Daha sonra bir neçə dəqiqə qaynamasını gözləyin. Qaynadıqdan sonra içərisinə limon qabığı atıb servis edə bilərsiniz.