Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, LDU ilə  AMEA-nın Folklor İnstitutu arasında  imzalanan  əməkdaşlıq müqaviləsi bu istəyi gerçəkləşdirməyə imkan yaradır.
Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Folklor İnstitutu  arasında bu günlərdə imzalanan əməkdaşlıq müqaviləsi cənub bölgəsi folklorunun elmi cəhətdən araşdırılmasına, tədqiqinə  öz töhfələrini verəcək.Bu,tərəflərin qarşılıqlı fəlaiyyəti nəticəsində mümkün olacaq.
Lənkəran Dövlət Universitetinin rektoru  professor Natiq İbrahimovla Folklor İnstitutunun direktoru,akademik Muxtar İmanov arasında bağlanmış  5 illik müqaviləyə  əsasən LDU  Lənkəran-Astara bölgəsində folklor  nümunələrinin toplanması və nəşrə hazırlanması  məqsədilə ekspedisiyalar təşkil etməli,toplanmış nümunələri pasportlaşdırmalı,folklorun yayılma arealını,regional xüsusiyyətlərini müəyyənləşdirməlidir.Müqaviləyə əsasən LDU  Folklor İnstitutu əməkdaşlarının cənub bölgəsinə ekspedisiyalarının təşkilninə yardımçı olmağı da öhdəsinə götürüb.Birgə fəaliyyət planına uyğun olaraq, müştərək elmi seminarların, simpoziumların,konfransların keçirilməsi də qərara alınıb.
Müştərək  elmi tədqiqatların aparılmasının əsas məqsədi elmlə tədrisin inteqrasiyasına nail olmaqdır.Müqavilənin şərtlərinə uyğun olaraq Folklor İnstitutu folklor-etnoqrafiya laboratoriyasının yaradılması üçün LDU-ya metodiki və texniki köməklik göstərməlidir.
Xatırladaq ki,cənub bölgəsi ölkədə folklor nümunələrinin qədimliyi ,zənginliyi və unikallığı ilə seçilir.Картинки по запросу AMEA

Esmira İsmayılova

Astarainfo.az