Astara rayon Şağlazüzə kənd tam orta məktəbin müəllim və şagird kollevtivinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü tədbiri keçirilib. Məktəbin təşkilatçı müəllimi Natiq Mahmudov çıxış edərək  müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milləti və xalqı qarşısında olan misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxışlarda Ümummilli Liderin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin və mədəniyyətin inkişafına böyük da hər zaman böyük diqqət yetirib.
Sonda şagirdlərin çıxışında  Ulu Öndər  Heydər Əliyavin həyat və yaradıcılığından çıxşlar ediblər.
Astarainfo.az