Ağdaşda tələbə qətlə yetirilib – YENİLƏNİB

Ağdaşda qətlə yetirilən şəxsin kimliyi bilinib.
Astarainfo.az APA-ya istinadən xəbər verir ki,  yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında qətlə yetirilən 2000-ci il təvəllüdlü Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlu Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsidir.
Məlumata görə, onu həmyaşıdı olan Hacıyev Tərlan Fikrət oğlu kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdaş Dövlət Humanitar Kollecindən isə bildirilib ki, kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibov bu gün saat 10:00 radələrində bıçaqlanıb. Hadisə kollecin ərazisindən kənarda baş verib. Faktla hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
***
10:54
Ağdaşda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.
16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
Onun meyiti müayinə olunmaq üçün Ağdaş “morq”una aparılıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.