Astarainfo.az Xezerxeber.az -a istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə foto və videoçəkilişi qadağan edib.
Qadağa ilk növbədə Məkkədəki əl-Haram məscidi və Mədinədəki Peyğəmbər məscidinə aiddir.
Çəkiliş ilk növbədə media nümayəndələri üçün qadağan olunub. Hakimiyyət bunu müqəddəs yerlərə hörmət və təhlükəsizlik naminə etdiyini bəyan edib.