Astarainfo.az xəbər verir ki, dekabrın 19-da Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə məktəbli gənclər arasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş məktəbli gənclər arasında “İntellektual Bilik Yarışı” keçirilmişdir.
Tədbiri Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı açıq elan edərək iştirakçıları salamlamış və yarışın məqsədinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi, yeniyetmə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq edilməsi, eləcə də “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanunun 4.0.12-ci bəndinin, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.17-ci bəndinin və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7 və 5.10.4-cü bəndlərinin icrasında ibarət olduğunu qeyd etmişdir.
“Astara” İntellektual İnkişaf Klubununun sədr müavini Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırmış və yarışa start verilmişdir.
Bilik yarışında “Zirvə” ( Sərək kənd tam orta məktəbi ), “Everest” ( Şəhər 3 saylı tam orta məktəbin komandası ), “Gələcəyin uğurları” ( Şəhər 5 saylı tam orta məktəb ),  “Everest-2” ( Şahağacı kənd 1 saylı tam orta məkəb ), “Amarose” ( Şəhər 4 saylı tam orta məktəb ), “Zəka” ( Vaqo kənd tam orta məktəbi ), “Müstəqillik”             ( Şəhər 6 saylı tam orta məktəbi ), “Ümid” ( Şəhər 2 saylı tam orta məktəb ), “Azərilight” ( Şəhər 1 saylı tam orta məktəb ), “Heksaqon” ( Pensər kənd 2 saylı tam orta məktəb) komandaları iştirak etmişdir.
Yarış iki hissədən ibarət təşkil olunmuşdur. Birinci hissədə komandalara 30 dəqiqə vaxt ərzində cavablandırmaları üçün 30 sualdan ibarət sual kartları verilmişdir. İkinci hissədə isə birinci hissədə ən yaxşı nəticə göstərmiş 3 komanda (“Heksaqon”, “Müstəqillik” və  “Everest” ) arasında yarımfinal və final yarışından ibarət Breyn-rinq keçirilmişdir.
Bilik yarışının sonunda I və II yerlərə müvafiq olaraq “Everest” və “Heksaqon” komandaları layiq görülmüşlər.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Sonda xatirə şəkli çəkilmişdir.

Elnur Qurbanlı

Astarainfo.az