Bakıda 1 yaşlı körpə qızı avtomobil vurub.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Bakı-Qazax şosesinin “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı ərazisində, yolun kənarında dayanan 2016-ci il təvəllüdlü Abdullayeva Ruqəyya Yasin qızını avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti ağırdır.
 Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.“Report”