Dünya Jurnalistlər Birliyi (djb.az) növbəti ŞƏHİDLİK ZİRVƏSİ layihəsini oxucularına təqdim edir. 

Bu dəfəki layihəmiz Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından və qanından keçən Respublikamızın energetika şəhəri kimi tanınan Mingəçevir şəhərindən olan Adilzadə Adil Kamran oğluna həsr olunub.

İlk öncə şəhidimiz haqqında məlumat verək.

Adil Kamran oğlu Adilzadə 1993-cü ildə aprel ayının 17-də Mingəçevirdə doğulub. Mingəçevir şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Evin tək övladı olan qəhrəman cəbhənin ön xəttində N saylı hərbi hissədə xidmət keçir. Adil elə əsgərliyi dövründə özünü daha çevik və nizamlı əsgər kimi göstərib. Elə həmin vaxtlardan hərbiyə olan marağı onun orduda davam etmək qərarı ilə yekunlaşır.

Dostlarının dediyinə görə Adilin ən böyük arzusu Şəhid olmaq idi. 17 erməninin məhv edən Adilzadə Adil nəhayət arzuladığı zirvəyə ucalır – ŞƏHİDLİK ZİRVƏSİNƏ. 23 yaşını Şəhidlik Zərvəsində qeyd edən Adilin döyüşdə göstərdiyi igidlik bütün Mingəçevirə və eləcə də Azərbaycana yayılır.

11 aprel 2016-cı il tarixdə Mingəçevir izdihamla öz qəhrəman şəhidini torpağa tapşırır. Bu sadəcə dəfn yox, bir insan selinin iştirak etdiyi vida mərasimi olur.

Allah rəhmət eləsin … Djb.az