Bakıda “Made in Azerbaijan” loqosunun təqdimatı keçiriləcək

Bakıda “Made in Azerbaijan” loqosunun təqdimatı keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, loqonun təqdimat mərasimi İqtisadiyyat Nazirliyi və “Azpromo”nun dətəyi ilə baş tutacaq.
“Made in Azerbaijan” loqosunun təqdimat mərasimi yanvarın 12-də İxracatçılar Klubunun 2018-ci il üzrə ilk iclası çərçivəsində keçiriləcək.
Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların xarici bazarlarda təşviqi istiqamətində görülən işlərin davamı olaraq keçiriləcək təqdimat mərasimində azərbaycanlı sahibkarlar və iş adamları da dəvət edilir.