Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.
 Toplanışda məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.