Saxara səhrasına qar yağıb

Əlcəzairin şimal-qərbində, Saxara səhrasında yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb. APA-nın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.
Daha əvvəl isə Ayn-Səfra sakinləri qarı 1979-cu ilin fevralın 18-də  müşahidə ediblər. Səhranın bu hissəsində havanın temperaturu ilin bu vaxtında adətən 6-12 dərəcə təşkil edir.