Qaxda zəlzələ olub

Qaxda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 09:51-də Zaqataladan 27 km cənub-şərqdə Qax rayonu ərazisində zəlzələ qeydə alınıb.
 Maqnitudası 2.9, dərinliyi 8 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.