Bakı şəhəri, C.Cabbarli adına Azerbaycanfilm Kinostudiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən  “Mən Azərbaycanlıyam – milli bilik yarışmasının Vlll mövsümünün növbəti turunda Astara intellektualları da iştirak etmişdir.
“Azərbaycanımızı tanıyaq və tanıdaq” şüarı altında  keçirilən yarışın əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, onların intellektual inkişafını təmin etməkdir.
Yarışda Astara rayon Sərək kənd tam orta məktəbinin şagirdi Eynəlizadə Məlahət Qəhrəman qızı seçim və final turunu qalib başa vuraraq Gənclər və İdman Nazirliyinin diplomu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin notebookuna layiq görülmüş həmçinin Vlll mövsüm Mən Azərbaycanlıyam – milli bilik yarışmasının Respublika Çempionatının ilk onluq oyununda Astara rayonunu təmsil etmək hüququ qazanmışdır.
Qalibimizi təbrik edir və ona uğurlar arzulayırıq.
Elnur Qurbanlı
Astarainfo.az