Uşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir.
2 aylıqdan başlayaraq körpədə nitq səslərinin tələffüzü başlayır. Sonrakı aylarda nitq səslərini bir-ikihecalı sözlər, 1 yaşdında isə sözlər əvəz edir.
Araşdırmalar göstərir ki, son illər uşaqlar arasında nitq gecikməsi hallarının sayı artıb. Xüsusilə də, 2-3 yaşlı körpələrdə nitq problemləri özünü daha qabarıq göstərir.
Astarainfo.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı metbuat.az-a açıqlama verən pediatr Mehriban İbrahimova bildirib ki, uşaqların gec dil açmasının həm fizioloji, həm də patoloji səbəbi ola bilər:
“Fizioloji səbəb bir ailədə bir neçə dilin olmasıdır. Məsələn, ata rusdilli, ana Azərbaycandillidirsə uşağın qavramasında problem yarana bilər. Uşaq nə anlayırsa, onu da deyir. Belə olan halda uşağın danışmağı gecikir. Uşaqlarda əllərinin hərəkət mərkəzi ilə danışıq hərəkət mərkəzi bir-birinə qonşudur. Azyaşlıların tez dil açması üçün əllərin hərəkət mərkəzi mütləq işləməlidir. Məsələn, uşaq plastilinlə işləməli, kiçik oyuncaqlarla oynamalıdır. Bu zaman uşaqlar daha tez dil aça bilər.
Patoloji səbəb isə bətndaxili dövrdə, yəni hamiləlik zamanı ananın keçirdiyi infeksiyalarla bağlıdır. Ana hamilə olan zamanı onun keçirdiyi bətndaxili infeksiyalar beyin qatında zədə törədir. O zədənin səbəbiylə uşaq gec dil açır. Həmin uşaqlarda gec dil açmaqla yanaşı bəzi klinik əlamətlər də müşahidə olunur. Gec oturma, gec ayaq açma, gec diş çıxarma bura daxildir.
Gec dil açmaya zülaldan az istifadə də səbəb ola bilir. Daha sonra oksigen azlığı olan uşaqlar gec dil açır. Həmçinin, valideynlər uşağa az vaxt ayırdığı zaman, ünsiyyət olmadığına görə uşaq gec dil açır.
Uşağın tez dil açması üçün hər şeydən öncə onun eşitməsinə əmin olmaq lazımdır. Son zamanlar ölkə daxilində uşaqların eşitməsi ilə bağlı problemlər çox yayılıb. Uşağın gec danışmasının səbəbi dərindən araşdırılmalı, sonra nəticəsinə uğun müalicə aparılmalıdır. Bununla bağlı da pediatr və nevropatoloqa müraciət etmək lazımdır”.
Nevroloq Aynur Zeynalova isə qeyd edir ki, 2-3 yaşlı körpələrində nitq gecikməsini görən valideynlər nevroloqa müraciət etməlidir:
“Bu, 9-30 aylıq uşaqlarda Autistik spektrum pozğunluğu üçün həyəcan siqnalı hesab edilir. Bu sindromun əlamətləri də belədir:
* Uşaq gülümsəməyə reaksiya verməz və ya sadəcə evdə tanıdığı insanlara bunu edər;
* Onunla danışdığınızda üzünüzə baxmaz və ya nadirən baxar, ailədə də həmişə belə olduğunu deyər;
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...