Azərbaycanda hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən bu soyqırım- xalqımıza qarşı qəddar bir siyasətdir. Martın 27-də  “31 Mart  Azərbaycanlıların  soyqırımı “  günü  ilə əlaqədar  Astara  Tarix – Diyarşünaslıq  Muzeyində tədbir kecirilib. Tədbiri muzeyin direktoru Gülizar İsmayılovaya   açıq elan elan edib. O, qeyd etmişdir ki, 1918-cildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlarından 100 il keçməsinə baxmayaraq, bu vəhşiliklər Azərbaycan xalqının qan yaddaşında əbədi iz buraxmışdır ki, biz bu olanları heç bir zaman unutmayacağıq.
Muzeyin baş fond mühafizi Şahin Əliyev  soyqırım ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.  Daha sonra  rayon Ağsaqallar Şurasının sədri  Hamlet Əliyev,  Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova ,Pedaqoji Kollecin tələbəsi Tünzalə Əliyeva , Muzeyin kiçik elmi işçisi Rəna Əliyevaya çıxış etmişlər. Tədbirdə Astara Pedaqoji Kollecin Turizim fakültəsinin  tələbələri  də iştirak ediblər.

Astarainfo.az