Misirin bəzi şəhərlərində qum fırtınası səbəbindən hərəkət məhdudlaşıb, İskəndəriyə və Əd-Dəhl limanları bağlanıb.
Görüş məsafəsi azaldığından Yuxarı Misir bölgəsindəki ərazilərdə əsas yollar bağlanılıb. Məktəblərdə dərslər isə bir gün təxirə salınıb.
Bundan başqa qum fırtınası ilə əlaqədar baş verən yol qəzasında 3 nəfər həlak olub, 6 nəfər yaralanıb./xezerxeber.com/