TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidəsi edir.
Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir. Səsvermə başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət edib. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti  Xırdalan şəhərinə gedəcək.
Missiyanın rəhbəri Haluk İpek bildirib ki, seçki çox şəffaf keçirilir və aktivlik yüksəkdir.APA