?
Kijəbə qəsəbə futbol meydançasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayon  Gənclər və İdman İdarəsinin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə kişilər arasında  futbol üzrə Kijəbə qəsəbə inzibati ərazi dairəsinin açıq çempionatı keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Şahin Əmənullayev Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə ətaflı məlumat vermiş, yarışın məqsədinin Bədən   tərbiyəsi  və  idman   haqqında  Azərbaycan  Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi olduğunu bildiriblər.
Yarışda “Deqədi”, “Xəzər”, “Ojəkəran”, “Tüləgüvan”, “Veteran”, “Pəlikəş”, “S.T.K”, “Burzubənd” komandaları iştirak etmişdir.
Maraqlı keçən mübarizələrin sonunda I, II və III  yerə müvafiq olaraq “Ojəkəran”, “Xəzər”, “Deqədi” komandaları layiq görülüblər.
Yarışda Dadaşov İlqar (yüksək təşkilati dəstəyinə görə), Mirzəzadə Anar (ən çox qol vurduğuna görə), Qənbərv Nurlan (ən yaxşı hücumçü), Şəkərov Şamo (ən yaxşı yarım müdafiəçi), Baxşıyev Namiq (ən yaxşı müdafiəçi), Abbasov Zamiq (ən yaxşı qapıçı) təltif olunublar.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları, Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi və Kijəbə qəsəbə Bələdiyyəsinin qiymətli hədiyyələri ilə  mükafatlandırılıblar.
Elnur Qurbanlı
Astarainfo.az